Türkiyə növbəti Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək fikrindədir.
Eurasia Diary bildirir ki, bu barədə TRT-nin baş direktoru İbrahim Eren məlumat verib. O bildirib ki, bu istiqamətdə artıq əlaqələr qurulub, müzakirələr gedir.
"Haqsızlıq düzələnə qədər yarışmaya qatılmaq fikrimiz yoxdur, amma görüşlər keçirilir. Nə olacağını bilmirik" , - deyə Eren qeyd edib.
Xatırladaq ki, Türkiyə Avroviziya Mahnı Müsabiqəsindəki səsvermədə ədalətsizlik olduğunu bildirərək 2012-ci ildən bəri yarışlara qatılmır. sfera