Tanınmış rusiyalı aktyor və rejissor Viktor Merejko 84 yaşında vəfat edib.
Ednews-in xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Xalq artistiylə vida mərasimi Mərkəzi Kinematoqrafçılar Evində keçirilib. Mərasimə Rusiyanın teatr və kino sahəsinin tanınmış simaları qatılıb. Onlar rejissorla xatirələrini bölüşüb, onun ölümünü rus kino sahəsinə ağır itki hesab ediblər.
Vida mərasiminin ardından Xalq artisti Troekurovski qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Viktor Merejkonun senarilərinə əsasən, “Qohumlar”, “Vətəndaş Nikanorova sizi gözləyir”, “Tənha qadın sizinlə görüşmək istəyir”, “Yuxuda və reallıqda uçuşlar”, “”Pinqvin Lolo-nun sərgüzəştləri”” kimi filmlər çəkilib.