Xalq artisti Fəxrəddin Manafov “Bilik günü” ilə bağlı arxivini üzə çıxarıb.
Ednews xəbər verir ki, sənətkar 61 il əvvəl sentyabrın birində Xankəndi şəhərində ilk dərs günündə sinif yoldaşları ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.
F.Manafovun yayımladığı şəkilə izləyicilər xoş və müsbət rəylər yazıblar.
Qeyd edək ki, Fəxrəddin Manafov avqustun 2-si 1955-ci ildə Xankəndidə anadan olub.