Xəbər verdiyimiz kimi, bu ilin iyul ayında Serbiyada Xalq şairi Vaqif Səmədoğlunun "Azadlıq və mən" adlı şeirlər kitabı nəşr edilib.
Ednews xəbər verir ki, "Computech" nəşriyyatı tərəfindən işıq üzü görən kitabı serb dilinə Nina Smich tərcümə edib.
Nəşrin ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas Veselin Mişiçdir.
Qeyd edək ki, hazırda kitabı Bakıdan əldə etmək olar.