Türkiyəli müğənni Hadisə medianın gündəminə gəlib.
Ednews türk mətbuatına istinadən xəbər verir ki, ötən ay 40 milyon lirəyə villa alan türkiyəli müğənni Hadisə evinin dekorasiyasını yeniləyib. O, evinin dizaynını tamamilə dəyişib.
Yeniköy səmtində yerləşən villasının təmirinə 3 milyon lirə (təminən 273 min 600 manat) pul xərcləyib.
Qeyd edək ki, Hadisə təmir işləri sona çatana kimi kirayədə yaşayacağını bildirib.