Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 3 aylıq maaşını zəlzələ qurbanlarına bağışlayıb.
Ednews xəbər verir ki, bu barədə sosial mediada paylaşım edən Şəntop həmkarlarını da bu, nümunəvi addıma çağırıb:
“Hər bir deputatımızı ən azı bir aylıq maaşını AFAD-a ianə etməyə və zəlzələdə ziyan çəkən vətəndaşlarımıza dəstək olmağa çağırıram. Mən 3 aylıq maaşımı AFAD-a bağışlamaqla yanaşı, başqa yardım kampaniyalarına da qoşulmuşam”, -deyə o, qeyd edib.