Kafkanı, Hesseni Azərbaycan dilinə qazandıran Vilayət Hacıyev

Mədəniyyət 16:01 05.04.2023

Xəbər verdiyimiz kimi, aprelin 4-də tanınmış tərcüməçi, filoloq Vilayət Hacıyev dünyasını dəyişib.

Qeyd edək ki, Vilayət Hacıyev onkoloji xəstəlikdən əziyyət çəkirdi.

O, 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirib və elə həmin ildə M.F.Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olub.

Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb.

Vilayət Hacıyev alman dilindən Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə tələbəlik illərindən məşğul olub. 1970-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan mətbuatında tərcümələri nəşr olunub. V.Borxert, Z.Lents, Haynrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələr tərcümə edib.

Erix Mariya Remarkın “Zəfər tağı”, Herman Hessenin “Yalquzaq”, Haynrix Böllün “Bir təlxəyin düşüncələri”, “Kişisiz ev”, Frans Kafkanın “Məhkəmə” və bir sıra başqa əsərlərini orijinaldan dilimizə çevirib.

Ednews ustad tərcüməçi ilə bağlı haqqında yazılan fikirləri təqdim edir. 

Millət vəkili Etibar Əliyev:

“Svayqın "Seçilmiş əsərləri" içərisində hörmətli Vilayət Hacıyevin də təkrarsız tərcümələri yer alıb. Vilayət Hacıyev həm də kitaba olduqca maraqlı ön söz yazıb. Bu kiçik yazı ilə yenidən Svayqı tanıdım: "Birinci Dünya müharibəsini insanların səhvi, anaşılmazlıq hesab eyləyən Svayq ikinci belə müharibənin olacağına inanmırdı və İkinci Cahan savaşının başlanması, eləcə də şər qüvvələrin ilk illərdə qazandığı uğurlar yazıçını əməlli-başlı sarsıtd. Yazıçı özündə mənəvi güc taparaq 1942-ci ildə "Dünənin dünyası" adlı əsərini tamamlaya bildi. Həmin dünya onun üçün nə qədər ziddiyyətli, çətin olsa da, yaşamağa dəyərdi, çünki düzələcəyinə ümid vardı. Həmin dünyanın çoxunu gəzmişdi, insanlarla söhbət etmişdi, onlara bəşəri dəyərlər, humanizm, mənəvi-əxlaqi məsələlər haqqında mühazirələr oxumuşdu. Getdiyi hər yerdə də böyük hörmətlə, diqqətlə, az qala dövlət xadimi kimi qarşılanmışdı.İndi həmin dünya dağılmışdı və bütün ümidlər də puça çıxmışdı. Təbii ki, o belə dünyada yaşaya bilməzdi və intihar etməmişdən əvvəl son arzusunu da vida məktubu ilə bitirmişdi: "...Bütün dostlarımı salamlayıram. Arzu edirəm ki, hamısına uzun gecədən sonra səhər şəfəqlərini görmək nəsib olsun. Mən isə çox səbirsiz olduğum üçün onları qabaqlayıram...”

Böyük yazıçı 1931-ci ildə 50 illik yubileyini təntənəli şəkildə keçirməyə qoymamışdı. Ədəbiyyatla, sənətlə bağlılığı olmayan heç bir tədbirə qatılmamışdı. Tanısa da, tanımasa da, mühacirətdə əzab çəkən sənət adamlarının çoxuna həm maddi, həm mənəvi cəhətdən kömək etmişdi”.

Tərcüməçi İmanyar Quliyev:

“O vaxt tərcüməçi imtahanını Vilayət müəlllim götürmüşdü. Mənə suallar ünvanlamadı, sadəcə söhbət elədi. Məsləhət vermədi, mətndəki cümlələrin müxtəlif versiyaları haqqında danışdı. Düzü, tərcümələrini oxusam da, şəxsən tanımırdım.. (Bu da mənim cahilliyim).. O qədər sadə və təvazökar danışırdı ki... Böyüklük elə sadəlikdəymiş.

Dilimizin zənginliyini tərcümə sənətində bir daha sübuta yetirən şəxsiyyət! Onun təvazösü, sadəliyi, dərin təxəyyülü, mətnə bələdliyi və özünəməxsus üslubu dilimizə şedevr tərcümələr bəxş etdi... Bədii tərcümə sahəsində məhz Vilayət Hacıyev məktəbini yaratdı. Dilimizin canlı şəxsiyyətlərindən birini itirdik”. 

Yazıçı Mirmehdi Ağaoğlu: 

“Azərbaycan ədəbiyyatına Erix Mariya Remark (“Zəfər tağı”), Herman Hesse (“Yalquzaq”), Henrix Böll (“Kişisiz ev”), Frans Kafka (“Məhkəmə), Lion Feyxtvanger (“Lautenzak qardaşları”) kimi yazarları və onlarla başqa müəllifləri orijinaldan tərcümə edib qazandıran adam idi Vilayət müəllim.

Özü də nəzərə alanda ki, bu əsərlər məhz orijinaldan çevrilib və bir də Azərbaycan tərcümə institutunun yoxsulluğunu, kasadlığını nəzərə alanda, Vilayət Hacıyevin necə böyük işlər gördüyünü anlayırsan.

Axı bu adamların şəxsi təşəbbüsləri, təşnələri olmasaydı, kim idi həmin əsərləri dilimizə çevirən?!

Özü də cüzi qazanc qarşılığında.

Əgər Vilayət müəllimin zəhməti olmasaydı, kim bilir, mən “Zəfər tağı”nı, “Yalquzaq”ı 17 yaşımda yox, neçə yaşımda oxuyacaqdım, özü də hansı dildən”.

Tərcüməçi Nadir Qocabəyli:

“Ağır xəbər oldu. Yaxşı, təmiz, vicdanlı adamın biri də azaldı. Vilayət  müəllimlə "Qanun" nəşriyyatında tanış olmuşduq. Mehriban adam idi. Tərcümə elmindən xəbərdar, bu işin mahiyyətini anlayan azsaylı şəxslərdən biri idi. 

Həm gözəl insan, həm də yaxşı mütəxəssis cəmiyyətimizdə nadir tapıntıdır. Vilayət müəllim həm də yaşlı nəslin sadə, təvazökar, özünü gözə soxmayan, yaltaqlıq bacarmayan, bütün ömrünü halal yaşayan son təmsilçilərindən idi. Ailəsinə, övladlarıına keçmiş olsun. İşıqlı xatirəsi qəlbimiz döyündükcə bizimlədir”.

Qeyd edək ki, Vilayət Hacıyev aprelin 1-də 73 yaşına qədəm qoymuşdu.

Oğuz 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Hamısı