Tamaşaçıların əlindən küçəyə çıxa bilməyən Azərbaycanın Xalq artisti Maraqlı faktlar

Mədəniyyət 13:01 11.04.2023

Bu gün SSRİ Xalq artisti İsmayıl Osmanlının doğum günüdür. Ednews mərhum sənətçi  haqqında maraqlı faktları təqdim edir.

İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Şəkidə, kasıb ailədə doğulub. 11 yaşında olarkən atası Osmanı itirib və yetimliyin acısını dadıb. Məhz buna görə mükəmməl təhsil ala bilməyən İsmayıl Şəki İpək Fabrikində, dabbaqxanada əziyyətli işlərdə çalışıb. Təbiətən çox şux görünən və məşhur Şəki lətifələri söyləməyi xoşlayan İsmayıl daim tamaşaçılar qarşısına can atıb.

1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli klubunda fəaliyyət göstərən, həvəskar aktyorları ətrafına toplayan dram dərnəyinə üzv yazılır. Möhsün Sənaninin Bakıdan Şəkiyə qastrola gəlməsi, kiçik dram dərnəyində aktyorluq edən İsmayıl Osmanlının onunla görüşüb Azərbaycanın rayonlarına birgə qastrola çıxması onun səhnəyə olan həvəsini daha da artırır.

***

İki ildən sonra Gəncəyə köçürlər və o, altı il buradakı həvəskarlar teatrında çalışır. 1928-ci ildə məşhur rejissor Kirmanşahlının təklifilə Tiflis-Azərbaycan teatrına dəvət edilir. Bir il sonra Azərbaycan Dövlət Dram Teatrı Osmanlını öz səhnəsinə dəvət edir. Şəmsəddin Abbasovun "Qələbə” pyesindəki traktorçu Bəhram rolu ilə fəaliyyətə başlayır. Və həyatının sonuna qədər bu teatrda işləyir.

İsmayıl Osmanlı bu haqda xatirələrində belə deyir: "Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.

***

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub.

"Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər”, "Bir məhəlləli iki oğlan", "O olmasın, bu olsun" "Yenilməz batalyon", "Mən ki gözəl deyildim", "Nəsimi", "Yeddi oğul istərəm" və sair filmlərdə çəkilib.

***

İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

“Yeddi oğul istərəm” filmində Cəlal obrazını yaradan aktyor Ənvər Həsənov nəql edir ki, “Yeddi oğul istərəm” filmində epizodların birində Kələntər dayı obrazını ifa edən İsmayıl Osmanlıya şillə vurmalı imiş. Lakin, həyəcandan və ağsaqqal aktyora qarşı olan hörmətdən bunu edə bilmirmş. Bir neçə dubldan sonra İsmayıl müəllim Ənvəri bir kənara çəkib ona deyir. “Ay Ənvər, bilirəm, məni çox istəyirsən, mənə məhəbbətin var, yaşlı adamam. Ancaq belə olmaz. Sən mənə o şilləni gərək elə çəkəsən ki, mən onu hiss edim. Biz burda kinoya çəilirik. Sən məni zəif vursan, mən də rolumu zəif ifa edəcəm”. Yalnız bundan sonra Ənvər ona möhkəm şillə vura bilir.

Lakin, sonradan Ənvərin və digər gənc aktyorların istəyi ilə rejissor Tofiq Tağızadə həmin kadrı filmdən çıxarır. İsmayıl Osmanlı bunu eşidəndə narazılığını bildirir. O kadrın çıxmarılması ilə Cəlalın ölüm səhnəsinin təsir gücünün azaldacağını deyir.

İsmayıl Osmanlını sadə, istiqanlı, xüsusilə, gənclərə böyük hörmət bəsləyən duzlu yumoru olan insan olub. Gənclər də ona çox böyük hörmət edirmişlər. Və onu hər zaman İsmayıl dayı deyə çağırırmışlar.

Xalq artisti Rafiq Əzimovun sözlərinə görə bir dəfə teatrda olan zaman o, İsmayıl dayının öz qrim otağında bərk əsəbləşdiyini, öz-özünə deyindiyini eşidir. Bunun səbəbini xəbər alanda, İsmayı Osmanlı deyir ki, mənim başıma gör nə oyun açıblar. Kələntər dayı obrazına tamaşaçılar camaat mənə təhqir dolu məktublar yazırlar.

***

Aktyor Ənvər Həsənov isə həmin məqamı belə xatırlayır: “İsmayıl dayı məni gördü. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqlayıb dedi: Ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim ki, o obrazı yaratdım. Mən tamaşaçıların əlindən küçəyə çıxa bilmirəm”.

Lakin, sonralar hər şey unudulur. Amma sənət aləmi və aktyorun özü də Kələntər obrazının kino tarixində özünəməxsus yeri olmasını anlayır.

***

İsmayıl Osmanlının teatrda son işi Nodar Dumbadzenin "Darıxma, ana” pyesindəki İsidor Cakeli obrazı olub. Böyük aktyor 22 iyun 1978-ci ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Oğuz

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Hamısı