Moskva şəhərinin Savelovski rayonunun dəmir yol stansiyasının divarlarına türk dünyasının böyük şairi Nazim Hikmətin misraları yazılıb.
Bu barədə Ednews-a azərbaycanlı yazıçı Yavuz Cəlil məlumat verib. Rusiyanın hazırkı ağır günlərində N.Hikmətin şeirinin divarlara həkk edilməsi diqqət çəkib.
Divarlara yazılan misralar isə belədir:
“Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa?”
Qeyd edək ki, misralar N.Hikmətin “Kərəm kimi” şeirindəndir.
Oğuz