1987-ci ildə çəkilmiş "Qaçan adam" (Running Man) filmi illər sonra yenidən çəkiləcək.
Ednews xarici mediaya istinadən xəbər verir ki, filmin aktyor heyəti hələ açıqlanmayıb.
Yeni çəkiləcək filmin rejissoru Edqar Rayt, ssenari müəffifi Maykl Bakalldır.
Məşhur prodüser Simon Kinberq son müsahibəsində filmin çəkilişlərindən danışıb: “Biz çəkilişlərə sürətlə davam edirik. Edqar Rayt kimi peşəkarla işləmək çox həyəcanlıdır”.
Qeyd edək ki, 1987-ci ildə çəkilmiş "Qaçan adam"da baş rollarda Arnold Şvartseneqqer, Maria Konçita Alonso, Riçard Dauson, Yaphet Kotto və Cessi Ventura oynamışdı.
Oğuz