Azərbaycan Dövlət YUĞ Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 14-də Masallı rayon Mədəniyyət Mərkəzində “Şəbədə” tamaşasını nümayiş etdirəcək.
Ednews xəbər verir ki, səhnə əsəri M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında rejissor Gümrah Ömərin quruluşunda hazırlanıb.
Tamaşada aktyorlar Oqtay Mehdiyev, Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Ziya Ağa və Ləman Mərrih çıxış edir.