"Kurtlar Vadisi" yeni seriyaları ilə ekranlara qayıdır.
Ednews türk mediasına istinadən xəbər verir ki, yeni adı "Kurtlar Vadisi Kaos" olaraq açıqlanan serial "Exxen" kanalında yayımlanacaq.
Yayım tarixi hələ müəyyən edilməmiş “Kurtlar Vadisi Kaos”un aktyor heyətində Necati Şaşmaz, Erhan Ufak, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınar kimi sənətçilər var.