Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində illərdir ki, küsülü olduğu Xalq artisti Flora Kərimovanın evinə gedərək, onu bayramqabağı təbrik edib.
Ednews xəbər verir ki, görüşdən çəkilən fotoları sənətkar sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
F.Kərimova sözügedən paylaşımda yazdığı şərhlə Röyanın bu jestini belə qiymətləndirib:
“Röyam, səni arzuladığım kimi görmək bu gün mənə nəsib oldu. Sevgini qazanmaq asandır. Sevgiyə layiq olmaq əlçatmaz zirvədir. Layiqliyinlə sahibləndiyin zirvədəsən. Öpürəm səni!”.