Nobeli almış İLK AZƏRBAYCANLI - TARİXÇƏ

Mədəniyyət 21:00 29.03.2024

Maraqlıdır ki, biz görəsən, Nobel mükafatı qazanmış həmyerlimizi tanıyırıq? Əslən yəhudi olan, ancaq Bakı Dövlət Universitetində təhsil alanvə bir müddət Azərbaycanda yaşayan bu dahini nə qədər tanıyırıq?

Lev Davidoviç Landau 1908-ciildə yəhudi ailəsində dünyaya göz açıb. Atası neft mühəndisi olub. Neftin çıxarılması barədə bir çox nəzəriməqalələr yazıb.

Landau 1916-cı ildə anasınınmüəllim işlədiyi Bakı yəhudi gimnaziyasında təhsil alıb. On iki yaşında differrensial tənliyi,on üç yaşında inteqralları həll edə bilirdi. Landau on dörd yaşında Bakı Dövlət Universitetinin eyni vaxtda iki fakültəsinə daxil olur. Kimyanın daşını atan Landau özünü fizikaya həsr edir. İki il Bakıda təhsil alandan sonra xüsusiistedadını nəzərə alıb onu Leninqrad (indiki Sankt-Peterburq Dövlət Universiteti) Universitetinə yollayıblar. Artıq 1926-27-ci illərdə nəzərifizikayla bağlı məqalələri çap olunur.

On doqquz yaşında Landau "Kvantnəzəriyyəsi”nə böyük töhfə verir. Onun gətirdiyi anlayış Kvant statistikasında mühüm yer tutur.

Üfüq genişlənir

Landau artıq bir ölkəyə sığmırdı və öz nəzəri biliklərini artırmaq üçün Almaniyaya, Danimarkaya, İngiltərəyə elmi ezamiyyətə yola düşür. Berlin Universitetində Albert Eynşteynlə, Kopenhagendə isə Nils Borla tanış olur.

Çox sonralar Nils Bor Landaunu özünün yaxşı tələbəsi hesab edəcək. Kembric Universitetində isə Pyotr Kapitsa ilə tanış olur. Nils Bor Landaunun istedadını görüb Rokfeller Fonduna müraciət edərək, onun elmi ezamiyyətinin uzadılmasına nail olur.

Həbs

SSRİ-də Siyasi rejim sərtləşmişdi. 1929-cu ildə Landaunun atası Bakıda həbs olunur. Əsas ittiham bu idi ki, David Landao inqilaba qədərki qızıl pulları qanunsuz saxlayırmış. Dostlarının köməyi ilə dövlətə müvafiq məbləğ ödədikdən sonra Landau həbsdən buraxılır. Lev Landau xaricdən qayıdır.

Leninqradda alimlərlə yola getməyən Landau Xarkova yola düşür. Kafedra müdiri vəzifəsinə qədər yüksələn Landau özünün şıltaqlığı və tələbə qızlara göz qoyması ucbatından universitetdən uzaqlaşdırılır və Moskvaya gəlir.

Kapitsayla birgə çalışmağa başlayır. Siyasi rejim artıq repressiyalara başlamışdı. Artıq bir çox tanınmış fiziklər həbs olunub güllələnmişdi. Landau Stalin rejimi ilə razılaşmırdı və onun əleyhinə yazılmış çağırış vərəqəsini həvəslə redaktə edirdi. Lakin çox keçmir, işin üstü açılır və Landau həbs edilir.

Azadlıq

Landaunu nazad olunması üçün Nils Bor və Pyotr Kapitsa işə qarışırlar. Kapitsa şəxsən Lavrenti Beriya ilə görüşərək onun azad olunmasını xahiş edir. Həbsdən azad olunduqdan sonra ömrünün sonuna qədər Landau Fizika Problemləri İnstitutunda çalışmağa başlayır. SSRİ-də yaradılan atom layihəsində iştirak edən əsas simalardan biri olur. Fizika elminin nəhəng siması hesab olunan Landau ən mürəkkəb sahələri araşdıraraq elmə əvəzolunmaz töhfələr verib.


Qəribə adam

Gənclik dövründə Landau and içmişdi ki, nə siqaret çəkəcək, nə də spirtli içki içəcək. Ailəni kooperativ qəbul edirdi və məhəbbətlə əlaqəsi olmadığını deyirdi. 1934-cu ildə o, Anqordiya Drobansova ilə faktiki nikaha girir. Çünki, o qadın, Landauya söz verir ki, onu heç vaxt qısqanmayacaq. Landau "bir-birinə hücumetməmək” haqqında pakt hazırlayır və orda qeyd olunur ki, ər-arvad hər ikisikənarda məhəbbət macərası yaşaya bilərlər. Rəsmi nikaha yalnız 12 il sonradaxil olurlar. Fiziki nəzəriyyələrin müəllifi Landau həm də "Səadətnəzəriyyəsi”nin müəllifi idi. O hesab edirdi ki, hər kəs xoşbəxt olmağa borcludur. Bunun üçün 3 şey lazımdır: işləmək, sevmək və insanlarla ünsiyyətdə olmaq. Dahi fizik həmişə deyirmiş ki, məni ilk zorlayan qadın həyat yoldaşım olub. Landau qadınlarsız yaşaya bilmirdi. Onun saysız-hesabsız məhəbbət macəraları olmuşdu və hətta o səviyyəyə çatırdı ki, tələbələrinin həyat yoldaşlarıilə də macəra yaşayırdı. Onun məşhur tələbələrindən biri xatirələrində yazırdı: "Mən dissertasiya müdafiə eləməli idim və Landaunun rəyi lazım idi. Moskvaya gəldim və Landauya müraciət elədim. Akademik mənə rəyin əvəzinə qız tapmağı təklif etdi. Mən tanımadığım şəhərdə dolaşıb qız axtarırdım.”

Həftənin yalnız bir gününü həyat yoldaşına həsr edən Landau sevişmək üçün uzağagetmirdi, qadınları evinə gətirirdi. İllərlə Landaunun etdiyi xəyanətlərə dözənhəyat yoldaşı ən axırda dilə gəlir və tələb edir ki, daha evdə sevişməsin,özünə başqa yer tapsın. Qəzaya düşən günü Landau öz tələbəsinin həyatyoldaşı ilə bir yerdə sevişmək üçün bağa yola düşür və müdhiş qəza o yolda başverir. Sonralar həyat yoldaşı xatirələrində peşmançılıq hissi keçirdiyini yazırdı:"Əgər mən imkan versəydim o evdə sevişsin, qəzaya düşməzdi.”

Nobel və ölüm

1962-ci ildə Landau avtomobil qəzasına uğrayır. Bu qəzadan sonra alim üç ay komada olur. Bütün dünya fizikləri onun müalicəsi üçün müraciətlər edirlər.

Ən maraqlı fakt isə budur ki, qaydalara əsasən Nobel mükafatı qalibə kənar yerdə təqdim edilmir. Bu istisna yalnız Landau üçün edilib. 1962-ci ilin sentyabrayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülmüşdür. Həmin ilinnoyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir.

Onun elmi nailiyyətləri arasında kvantmexanikasındasıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrataxıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentlineytrinoların nəzəriyyəsi misal göstərilə bilər.

Xatırladaq ki, Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Uzun müddətdən sonra Landau özünə gəlir, amma beyin travması alan akademik artıq elementar riyazi hesablamaları belə apara bilmir.

1968-ci ildə dahi fizik Moskvada gözlərini əbədiyyən yumur....

Oğuz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb
21:02 24.06.2025
85 Yaşında Gənc Qalan İnsanlar: Uzun və Sağlam Ömrün Sirləri
16:10 24.06.2025
Endi Marreyin heykəli ucaldılacaq
16:08 24.06.2025
Avstraliya Azərbaycan-İran sərhədinə diplomatlar göndərib
16:06 24.06.2025
İsrail Babol və Babolser şəhərlərinə zərbə endirib
16:04 24.06.2025
Tramp və Netanyahu İranla atəşkəsin dayandırılmasını telefonla müzakirə ediblər
15:01 24.06.2025
Tramp ABŞ FES in rəhbərinə "axmaq" dedi
14:36 24.06.2025
Azərbaycan BMT-nin Bürosuna sədr seçildi
14:33 24.06.2025
İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
13:08 24.06.2025
Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Hamısı