Bugün mərhum müğənni Səyyad Əlizadənin doğum günüdür

Mədəniyyət 17:25 06.08.2024

6 avqust mərhum müğənni Səyyad Əlizadənin doğum günüdür.

Ednews xəbər verir ki, Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başladı.

8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olmuşdur. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış etmişdir. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub. İnstitutda "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olmuşdur.

Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışmışdır. İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metrotikinti idarəsinə növbə rəisi göndərilmişdir. 1984-cü ildən 1994-cü ilə qədər burada işləmişdir. 1988-ci ildə M. A. Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olmuş və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirmişdir.

1987-ci ildə ilk "Təbrizim" albomu buraxmışdır. 1990-cı ildə hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı oldu. Sonra Cabbar Musayevlə albom üzərində işləyən Əlizadənin 1995-ci ilin mart ayında ilk "Gözlə, gələcəyəm" albomu Türkiyədə işıq üzü gördü. Və ilk kaset böyük dinləyici məhəbbəti qazandı. 1997-ci ilin iyun ayında müğənninin "Xallı qız" adlı növbəti albomu və diski satışa buraxıldı. 1999-cu ildə müğənni "Gözlərimin yaşı" adlı audio albom, "Xallı qız" adlı video albom və "Saçlarım bəyaz oldu" adlı disk buraxıb.

Müğənninin 2000-ci ildə "Dünya gözəl dünyadır" və "Bizim uşaq dünyamız" adlı iki albomu, "Gözlərimin yaşı" adlı diski və "Sankt-Peterburq görüşləri" adlı video kaseti satışa buraxılıb. 2003-cü ildə "Su pərisi" adlı albomu, eyni adlı diski və "Gül ki, ürəyim gülsün" adlı video kaseti satışa buraxıldı. 2004-cü ildə müğənninin "Harda qaldın" albomu və diski, 2005-ci ildə müğənninin "Seçmələr" adlı audio kaseti və diski, 2006-cı ildə "Azəri qızları" adlı audio albomu və diski, 2008-ci ildə müğənninin "Sənin üçün oxuyuram" adlı audio kaseti və diski satışa buraxılıb. 11 oktyabr 2012-ci ildə müğənni, yeni "Bəyaz gecələrdən bəyaz xatirə" albomunun və həmin albomda yer alan, Bakı Metropoliteninin 45 illik yubileyinə həsr olunmuş "Bizim Metropoliten" mahnısına çəkilmiş klipin təqdimatını etmişdir.

Səyyad Əlizadə 13 sentyabrda Covid-19 xəstəliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdir. Daha sonra 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülmüşdür. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb
01:42 14.06.2025
"ABŞ-nin İsrailin İrana qarşı hücumlarda əli var"
00:13 14.06.2025
Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh
22:36 13.06.2025
"Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib"
22:09 13.06.2025
İran İsrailə raket hücumuna başladı
21:27 13.06.2025
İRİA Astara rayonunda havanın radiasiya çirklənməsi səviyyəsini tədqiq edir
21:21 13.06.2025
"Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq"
20:46 13.06.2025
Xameneinin iqamətgahı raketlə vurulub
20:42 13.06.2025
"Azərbaycan BVF ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
20:14 13.06.2025
"Barbie" istehsalçısı süni intellekt əsaslı oyuncaqlar yaradacaq
19:02 13.06.2025
İsmayıl Qaani öldürülüb
18:58 13.06.2025
Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb
18:36 13.06.2025
Azərbaycan İrandan təxliyələrə kömək edir
17:34 13.06.2025
Tudor "Yuventus"-da qalacaq
17:29 13.06.2025
Camal Hill Bakıya gələ bilməyib
17:07 13.06.2025
"Qərbi Azərbaycana qayıdışın koordinasiya mərkəzi gələcəkdə Naxçıvan ola bilər"
17:03 13.06.2025
Laçın şəhərinin Baş planı təsdiqləndi
16:58 13.06.2025
“Uber Azərbaycan” cərimələndi
16:56 13.06.2025
"Ermənistan eyni vaxtda Aİİ və Aİ üzvü ola bilməz"
16:49 13.06.2025
BMT Təhlükəsizlik Şurası gün ərzində İsrailin İrana zərbəsi ilə bağlı müzakirələr keçirə bilər
16:41 13.06.2025
Qarabağda klaster yanaşmalı yeni turizm məhsulları formalaşdırılır
16:40 13.06.2025
MÜTDA “Son zəng” tədbirləri ilə bağlı çağırış edib
16:34 13.06.2025
"İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək"
16:26 13.06.2025
"Azərbaycan və Çin arasında viza rejiminin ləğvi də bu mənada turizm sənayesini inkişaf etdirmək, iqtisadi, mədəni əlaqələrin daha da genişləndirilməsinə təkan olacaq"
16:13 13.06.2025
Bəlaya çevrilən mərəz: İnsan necə olur ki, xərçəng tutur? - Tibbi ekspert
16:04 13.06.2025
"Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:02 13.06.2025
İsraildə nazirlərə "WhatsApp"dan istifadə qadağan olundu
15:52 13.06.2025
İsrail diplomatik missiyalarının fəaliyyətini dayandırır
15:45 13.06.2025
İran raket proqramına nəzarət edən yüksək vəzifəli generalın ölümünü təsdiqləyib
15:44 13.06.2025
“Şahdağ”da yeni xizək yolu inşa edilir
15:36 13.06.2025
"Cənubi Qafqaz-Avropa enerji inteqrasiyası zəmanətlərin verilməsi ilə həyata keçirilə bilər"
15:34 13.06.2025
“Regionlararası enerji infrastrukturuna dəstək üçün qəti addımların vaxtıdır”
15:31 13.06.2025
ÜTT-yə üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında protokol imzalanacaq
15:29 13.06.2025
"srailin İrana hərbi hücumları təxribatdır"
15:17 13.06.2025
"Avropa triosu" Yaxın Şərqdəki vəziyyəti müzakirə edir
15:06 13.06.2025
Karaburunda meşə yanğını baş verib
15:03 13.06.2025
Çində Azərbaycanın rəsmi turizm ofisi açılacaq
14:55 13.06.2025
AZAL Bakıdan Mumbai, Dammam və Lahora reysləri ləğv edib
14:53 13.06.2025
" İranın cavabı İsraili peşman edəcək"
14:46 13.06.2025
MEDİA İsrail-İran münaqişəsinə dair çağırış edib
14:34 13.06.2025
Hamısı