Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair, publisist, ssenari müəllifi, kino redaktoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Azərbaycan Dövlət mükafatı laureatı Fikrət Sadıq 86 yaşında vəfat edib.
F.Sadıq bu gün dəfn ediləcək.
Qeyd edək ki, Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1975-ci ildən ömrünün son gününədək Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib. Prezidentin fəxri təqaüdçüsü olub.
Azərbaycanlı yazıçı, rejissor, ssenarist Orxan Fikrətoğlunun atasıdır.