ADA Universitetində "Çin Günü" adlı mədəni tədbiri keçirilib. "Eurasia Dairy" əməkdaşı da tədbirdə iştirak edib.
24 Noyabrda keçirilən tədbir çərçivəsində Bakı Dövlət Universiteti nəzdində yerləşən Konfutsi İnstitutunun və ADA universiteti tələbələrinin əməkdaşlığı sayəsində Çin dili, mədəniyyəti və ənənələrinin qısa təqdimatı keçirilib. Tədbiri keçirən tələbələrin açıqlamalarına görə, bu tədbirlər sayəsində Azərbaycanda daha çox tələbə Çin Dilində öyrənmək istəyir. Bundan başqa, Çin dilində yaxşı danışan tələbələr Çinə pulsuz gedə bilər.
Tədbir Çin ənənəvi rəqsləri ilə başlayıb. Bütün rəqqaslar ənənəvi geyimlərlə rəqs ediblər.
Çinlə bağlı qısa məlumat verildikdən sonra Çin mədəniyyətindən nümunələr və Çin yeməkləri təqdim edilib. Tədbir əjdaha rəqsi ilə davam edib.
Tədbirin sonunda Bakı Dövlət Universitetindəki Konfutsi İnstitutunun rektoru Luonun Xiaozhi Azərbaycan və Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafından danışıb. O, Çin hökumətinin Çin Dilində bilən tələbələr üçün Çin ünversitlerinde tam təqaüd verdiyini də qeyd edib.