Soğan ucuzlaşdı, indi pomidor bahalaşdı | Eurasia Diary - ednews.net

19 May,


Soğan ucuzlaşdı, indi pomidor bahalaşdı

İqtisadiyyat A- A A+

İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib.

S.Herəndinin sözlərinə görə, əvəzində pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb.

Direktor əlavə edib ki, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) bahalaşıb.

S.Herəndinin sözlərinə görə, 1 kiloqram pomidorun qiyməti ixrac qadağası ləğv olunanadək 20 min rial (təxminən 0,47 dollar) idi.

Qeyd edək ki, İranda son vaxtlar bahalaşma ilə əlaqədar İranın Sənaye, Mədən və Ticarət Nazirliyi bazarı tənzimləmək məqsədilə soğanla yanaşı, kartofun da ixracına qadağa tətbiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...