Alternativ enerji bizə neçəyə başa gələcək..?

İqtisadiyyat 09:14 14.03.2020

Son günlər Azərbaycanda əhali və sahibkarlar arasında alternativ enerji vasitələrinə maraq və tələbatın artması ilə əlaqədar ölkəyə günəş paneli qurğuları gətirilməyə başlanıb. Sözü gedən qurğu əslində daimi enerji istehsal etməklə yanaşı enerji istehlakçılarını əlavə ödənişdən xilas etmək məqsədi güdür. Lakin bu dəfə ölkəmizdə bunu arzu edənlərin xəyalları deyəsən suya düşəcək, yəni el dilində desək – gözünüz sayağacda olsun. 

Əslində inkişaf etmiş ölkələrə nəzər salsaq görə bilərik ki, orada günəş panellərindən istifadəyə görə istər fiziki, istərsə də hüquqi şəxslərdən vergi tutulur. Yəni əgər bir Hollandiya və ya İspaniya vətəndaşı, istər fiziki şəxs kimi evinin çardağında panel qurğusu quraşdırsın, istərsə də hüquqi şəxs olaraq zavod və ya fabrikin işıqlandırılması məqsdilə bu qurğudan istifadə etsin, yenə vergi ödəməli olacaq. Bəs görəsən istisnalar varmı? Əlbəttə, vergilər enerjinin hansı mənbədən istifadə olunmasına görə tətbiq olunur. Məsələn, İspaniyada hökumətinin yeni qərarından sonra fiziki və ya hüquqi şəxslər günəş panelləri ilə bərabər dövlətin elektrik xəttindən də paralel şəkildə enerji mənbəsi kimi istifadə edərsə, əlavə 7% dövlətə vergi ödəməli olur. 

Azərbaycanda da vergi adı ilə bu tipli qazanc mənbələrindən istifadə olunma abi havası yaranmaqdadır. Necə deyərlər, alterntiv enerjinin alternativ gəlir yolları düşünülməkdədir və deyəsən artıq düşünülüb də...

Son günlər yerli mətbuatda gedən məlumatlar alternativ enerjinin səmərəsindən çox, gəlirindən söz açmağa başlayıb. Gəlir dedim  yadıma uşaqlığım düşdü. O zamanlar qonşumuzda alverçi balası moşennik İbiş kliçkalı biri var idi. Həmişə yaşda özündən kiçik olanların yanına gələr, əlindəki qəpikləri onlara göstərib:  “Baxın nə çox pulum var?” - deyib əlindəki beş altı qəpiyi onlara verib, əvəzində 1 rubl əsginazlarını onlardan çırpışdırardı. Nə isə... onun axırı yaxşı qurtarmadı... 

Keçək əsas məsələyə. O məsələ ki, ona Azərbaycanda fəaliyyət göstərən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, qısaca desək ABEMDA aydınlıq gətirib. Sözü gedən qurumun sədri Cəmil Məlikovdur. Və o, yerli mətbuata açıqlamasında bildirib ki, sayğac istifadəçi tərəfindən istehsal edilən, onun ümumi enerji şəbəkəsinə verdiyi və geri aldığı elektrik enerjisi üzrə göstəriciləri rəsmi şəkildə qeydə alacaq. Bir az sadə vətəndaşın anlaması üçün mücərrəd səslənsə də, bunun izahını belə vermək olar. Yəni Allahın bəxş etdiyi təbii enerjidən vətəndaşın nə qədər istifadə edəcəyinə nəzarət mexanizmi yaratmaq üçün, həmin sayğac qurğunu onun qapısına qoyacaqlar. Çox təssüf! Bizim indiyə qədər ağlımıza gəlməyən alternativ bir üsulla... 

Belə ki, müəyyən bir hesabat dövründə, yəni istər ay, istərsə də rüb ərzində istifadəçi şəbəkəyə istehlak etdiyindən çox elektrik enerjisi göndərdiyi halda, sayğac tərəfindən qeydiyyata alınan enerji sərfiyyatı üzrə fərqin müqabilində gəlir əldə edəcək. Amma çox sevinməyə dəyməz, bunun əksi də var. 

Demək eyni üsulla, istifadəçinin istehsal etdiyindən çox elektrik enerjisi istifadə edəcəyi halda ölkədə müəyyən edilmiş tarif üzrə yaranmış fərqi ödəyəcək və həmin bu fərqi qapınıza yenidən quraşdırılmalı olacaq o sayğac qeydə alacaq. 

Əslində bu çətin bir iş deyil. Arzu etdiyiniz bu cür elektrik şəbəkə qurğusunu quraşdırmaq üçün istər fiziki, istərsə də hüquqi şəxs olmanızdan asılı olmayaraq sadəcə müqaviləni yeniləmək və yeni sayğac almaq üçün "Azərişıq" ASC-ə a müraciət etməli olacaqsınız. Çətini başlayana qədərdir, necə deyərlər, qəpiklər gəlir, manatınızı hazırlayın...

Elnur Ənvəroğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı