"Ərzaq mağazalarının və apteklərin işləməsinə icazə verilməli idi" Natiq Cəfərli

İqtisadiyyat 16:43 06.06.2020

Bakıda şənbə və bazar günü sərt karantin rejiminin tətbiqi marketlərdə çörək qıtlığı və alıcı sıxlığına səbəb olub. Hətta marketlərdən bildirilir ki, istehsal zavodlarından gün ərzində 3 dəfədən çox çörək gətirilsə də təlabatı ödəyə bilməyiblər. Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli “EDNews.net”ə açıqlama verib.

N.Cəfərli qeyd edib ki, əslində, dünən və sırağagün marketlərdə baş verən vəziyyət qaydaların tətbiqində olan problemlərlə bağlıdır: “İnsanları iki gün, 48 saat evdə oturmağa çağıran və buna qərar verən hökumət ərzaq mağazalarının və apteklərin işləməsinə icazə verməli idi. Məhəllə marketlərində hər kəs sərbəst şəkildə çörəyini və ərzağını ala bilərdi. Ən azından mağazalar səhər saat 09:00-dan günorta saat 14:00-15:00-a kimi işləməliydi. Bu zaman nə belə ajiotaj ola bilərdi, nə də görünən mənzərələr qarşımıza çıxardı. Deməli, əhalinin davranış qaydalarına təsir göstərən düşünülməmiş qərarlar daha çox oldu”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda ciddi problemlərdən biri də ərzaq təhlükəsizliyi məsələsidir.

“Bu gün biz yerli məhsullarla öz tələbatımızın ən yaxşı halda yarısını ödəyə bilirik, digər məhsullar isə xaricdən gətirilir. Hətta Azərbaycan bazarında ən çox yerli məhsul adı altında satılan məhsulların xammalı da xaricdən gətirilir. Məsələn bazarda ən çox gördüyümüz çay məhsulları müxtəlif markalarla Azərbaycan çayı adı ilə satışa çıxarılır, amma Azərbaycanda bu qədər çay kolu da yoxdur. Hamı da bunu bilir. Bu məhsullar Hindistandan, Şri-Lankadan gətirilib Azərbaycanda qablaşdırılır. Düyü və şəkər tozu, hətta süd məhsullarında da belədir. Azərbaycanda bazarlarda çoxluq təşkil edən süd məhsullarının xammalı olan süd tozu əsasən Ukraynadan, Rusiyadan və bəzi Avropa ölkələrindən, eləcə də, əvvəl İrandan gətirilirdi, deyə iqtisadçı son zamanlar İrandan idxalın azaldığını qeyd edib.

N.Cəfərli bildirib ki, ərzaq təhlükəsizliyi məsələsinin həlli üçün yerli istehsalın genişləndirilməsinə çox ehtiyac var: “Amma nə qədər çalışsaq da, biz ərzaq təhlükəsizliyini 100 faiz özümüz təmin edə bilmirik. Yəni, bu mümkün də deyil, dünyada belə bir ölkə də yoxdur. Ərzaq təhlükəsizliyi məsələsinə həm də azad ticarət məsələsi aiddir. Yəni insanlar nə qədər rəqabətli şəkildə ticarət münasibətləri yarada bilsələr bu ərzaq təhlükəsizliyinə pozitiv təsir edən amilə çevrilə bilər”, o deyib.

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı