Vüsal Qasımlı: Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir

İqtisadiyyat 19:22 26.11.2020

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, erməni lobbisinin təsiri altında qəbul edilən qətnamə həm də regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir: “Əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur. Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına düşür. Yəni Ermənistan və Gürcüstanın Fransa ilə cəmi ticarət həcmi Azərbaycanın Fransa ilə ticarət dövriyyəsindən iki dəfə azdır. 2019-cu ilin məlumatına əsasən Azərbaycanın Fransaya ixracı 537 milyon ABŞ dolları, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon ABŞ dolları olub. Müqayisə üçün deyək ki, Ermənistanın 2019-cu ildə Fransaya ixracı cəmi 8,72 milyon ABŞ dolları, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon ABŞ dolları olub. Azərbaycan Fransaya ixracın həcminə görə Ermənistanı 62 dəfə, Fransadan idxalın həcminə görə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm və ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni havadarlığını üstün tutur.”

V.Qasımlı bildirib ki, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malik olub: “2019-cu ildə Azərbaycandan Fransaya ixrac ötən ilə nisbətən 21,5 faiz, idxal isə 37 faiz artıb. Fransa Azərbaycanın ixrac etdiyi ölkələr sırasında 4 faiz payla 11-ci yer, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Azərbaycanın 2019-cu ildə Fransadan idxal elədiyi məhsullara qatarlar, dəmir yolu və metro avadanlıqları, efir yağları, ətir və kosmetik vasitələr, dərman preparatları, nüvə reaktorları, elektrik avadanlıqları, avtomobil, mebel, işıqlandırma məhsulları və s. aiddir. Fransa Senatı erməni lobbisinin təsiri altında qəbul etdiyi qərarla öz şirkətlərinin Azərbaycandakı mövqelərini zəiflədirlər. Həm də Azərbaycan bazarında illik 200-300 milyon dollar mal satan, milyardlarla dollar tenderlərdə iştirak edən Fransa şirkətlərinin verdikləri verginin hesabına həmin senatorlar maaş alırlar. Belə çıxır ki, Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur. 10 milyonluq Azərbaycan və 83 milyonluq Türkiyə istehlak bazarlarında Fransa şirkətlərinə çətinlik yaradan senatorları başa düşmək çətindir. Azərbaycan bazarında məhsul satan fransız mənşəli şirkətlər - Michelin, Renault, Citroen, Peugeot, Tefal, Loreal, Dior, Lancome, YvesSaintLaurent, Louis Vuitton, Lacoste, Chloe, Chanel, Nina Ricci, Cartier, Givenchy, Garnier, Danone, Activia, President, Perrier, Evian, Elle&Ville, Doux kimi bizneslər gərək Senatı başa salsınlar ki, bu şirkətlər Fransa büdcəsinə vergini öz ölkələrinin milli maraqları üçün ödəyirlər, erməni təəssübkeşliyi üçün yox.”

Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan həm də Cənubi Qafqazda fransız sərmayələrini ən çox cəlb edən ölkədir: “Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri enerji (Total), nəqliyyat (Alstom, Thales, Iveco, Systra), ətraf mühit (Suez CNIM), kənd təsərrüfatı və qida (Lactalis, Danone), otel biznesi (ACCOR), bankçılıq (Societe Generale), aviasiya və kosmik sənaye (Airbus, Thales) kimi mühüm sahələrdə fəaliyyət göstərirlər. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Fransız şirkətləri 1995-2019-cu illər arasında Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyub, bunun 2 milyard dolları neft sektoruna, 194,1 milyon dolları qeyri-neft sənayesinə yönəldilib. Azərbaycanın Fransaya investisiyalarının həcmi 224,7 milyon ABŞ dolları təşkil edib. 2004-2018-ci illərdə Fransız şirkətləri ölkəmizə aid 2,3 milyard ABŞ dolları həcmində sifarişləri yerinə yetirib. Fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar. Xüsusən də Azərbaycanda post-konflikt quruculuğunda Fransa şirkətləri böyük potensiala malik olduğu halda, Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər də Fransa ictimaiyyətinə, parlamentarlara və hökumətə izah etsinlər ki, aşırı erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqlarına sarsıdıcı zərbələr endirir.”

 V.Qasımlı daha sonra bildirib ki, Fransanın Total şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5% və Abşeron offshore ərazisində 50% paya sahibdir: “Fransanın Total şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır və raket hücumları təşkil edir. Bəlkə Total şirkəti Fransa parlamentinə və hökumətinə bunu izah etsin ki, Fransanın Azərbaycandakı çoxmilyardlı sərmayə qoyuluşları Ermənistan tərəfindən təhdid olunur. Bu ilin iyulunda Ermənistan Tovuz bölgəsində təkcə Azərbaycana deyil, həm də Totalın payçı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsinə hücum etmişdi. Azərbaycan təkcə öz ərazi bütövlüyünü deyil, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyi üçün əhəmiyyətli olan infrastrukturu da erməni faşizmindən qoruyur. Bunun müqabilindəmi Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edir? Fransa özünü Avropanın siyasi lideri kimi təqdim etməyə çalışdığı halda, Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol alan Azərbaycanı niyə özündən narazı salır? Cənubi Qafqazda gərginlik yaratmaq Fransanın və Avropanın həyati maraqlarına ziddir.”

V.Qasımlı bildirib ki, Fransa Senatının qərarı hüquqi gücə və real təsir imkanına malik olmamaqla, Fransanın milli maraqlarının əleyhinədir: “Əgər Fransa regionda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın geostrateji oyunçusu olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir. Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas qarantıdır. Fransanın bu bölgədəki maraqları da sülh və təhlükəsizlikdirsə, Azərbaycanla əməkdaşlıq yeganə həldir. Əks təqdirdə itirən Fransa olacaqdır. Fransa öz milli maraqlarını erməni havadarlığına qurban verməməlidir.”

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
Hamısı