Azərbaycan 5 ilə qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Azərbaycan 5 ilə qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir

İqtisadiyyat A- A A+

Azərbaycanın milli ixrac strategiyası çərçivəsində 2025-ci ilin sonunadək qeyri-neft ixracının iki dəfə artırılması planlaşdırılır.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, 2021-2025-ci illəri əhatə edəcək milli ixrac strategiyası çərçivəsində əsas məsələ 2025-ci ilin sonunadək qeyri-neft ixracını iki dəfəyədək artırmaqdır: "Bu ilin sonuna qeyri-neft ixracının ötən illə müqayisədə 7,5-8% düşəcəyini gözləyirik ki, bu da təxminən 1,85 mlrd. dollar deməkdir. 2025-ci ilin sonunadək iki dəfə artımı 3,6 mlrd. dollar dəyərində görürük. Düşünürük, bunun üçün lazımi potensial mövcuddur", - deyə Y. Abdullayev qeyd edib.

Qeyd edək ki, Azərbaycanın milli ixrac strategiyasının gələn ilin əvvəlində təsdiq olunacağı gözlənilir. Sənəd yaxın vaxtlarda növbəti dəfə sahibkarların iştirakı ilə müzakirəyə çıxarılacaq və daha sonra hökumətə təqdim olunacaq.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 1,4 mlrd. dollar təşkil edib (azalma 11%).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...