2020-ci ildə qlobal təbii qaz tələbatı 2,5 faiz azalıb | Eurasia Diary - ednews.net

3 Mart, Çərşənbə


2020-ci ildə qlobal təbii qaz tələbatı 2,5 faiz azalıb

İqtisadiyyat A- A A+

Ötən il qlobal təbii qaz tələbatı illik müqayisədə 2,5 faiz azalaraq 3 trilyon 840 milyard kubmetrə enib.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə mərkəzi ofisi Osloda yerləşən “Rystad Energy” şirkəti məlumat yayıb. Bildirilir ki, keçən il təbii qaza olan tələbat neft tələbatı qədər azalmayıb. Çünki aşağı qiymətlər təbii qazı enerji sektorunda rəqabətədavamlı edib və bu, qaza olan tələbatın payının daha da azalmasının qarşısını alıb.

Asiyada tələbat nisbətən güclü qalsa da, Avropada qaz istehlakı illik müqayisədə 7 faiz və ya 40 milyard kubmetr azalaraq ciddi şəkildə təsir görüb. Afrikada isə istehlak 26 milyard kubmetr azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...