Azərbaycanla İran arasında tərcihli ticarət haqqında saziş yaxın bir ay ərzində imzalana bilər

İqtisadiyyat 19:05 19.01.2021

Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin sənədi tam razılaşdırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri Şahin Mustafayevlə görüşündə deyib.

M. Vaezi qeyd edib ki, artıq yaxın 1 ay ərzində bu saziş imzalana bilər. Tərcihli ticarət sazişinin imzalanması ilə Azərbaycan və İran arasında əlaqələr daha da inkişaf edəcək.

M. Vaezi müştərək iqtisadi komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu komissiyanın işi nəticəsində bir çox məsələlərin həll olunduğunu bildirib: "Bu günədək Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhani arasında 13 görüş keçirilib. Rəsmi Tehran cənab İlham Əliyevin Tehrana növbəti səfərinə ev sahibliyi  etməyə hazırdır. Nazirlər səviyyəsində 100-dən çox nümayəndə gediş-gəliş edib. İki  ölkə arasında 40-dan çox sənəd imzalanıb. Bütün bunlar əlaqələrin inkişafı üçün atılmış addımlardır. Koronavirusun yayılmasına görə məhdudiyyətlərə baxmayaraq Azərbaycan və İran arasında əlaqələr davam etdirilir və maneələr aradan qaldırılmaqla əməkdaşlıq artmaqdadır".

İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən M. Vaezi Azərbaycan rayonlarının işğaldan azad olmasının sevindirici olduğunu qeyd edib. O bildirib ki, artıq regionda yeni imkanlar yaranıb və bu imkanlardan istifadə edib, iqtisadi əlaqələri daha da genişləndirmək zərurəti meydana çıxıb. Yeni şəraitdə ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb.

Administrasiya rəhbəri vurğulayıb ki, Qarabağın bərpasında İran şirkətləri də iştirak etməyə hazırdır.

Öz növbəsində, Ş. Mustafayev bildirib ki, Qarabağın işğaldan azad edilməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu, region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələr qurması üçün geniş imkanlar yaradıb.

O əlavə edib ki, Bakı-Naxçıvan dəmir yolunun yenidən qurularaq istismara verilməsi Rusiya, Azərbaycan, İran, Türkiyə, Gürcüstan və Ermənistanın bir-biriləri ilə iqtisadi-ticarət əlaqələri yaratmasına imkanı verəcək. Nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələri qurulacaq.

Ş. Mustafayev iki ölkə arasında imzalanan sənədlərin icrası üzrə işlərin davam etdiyini də nəzərə çatdırıb.

Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında sazişin imzalanması ilə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafının daha da artacağını deyən “Müştərək layihələrin icrasının tezləşdirilməsi, o cümlədən  Xudafərin bəndi layihəsinin və iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın xüsusilə İran şirkətlərinin azad olmuş ərazilərin yenidən qurulmasında iştirakı məsələlərini ciddi şəkildə diqqətdə saxlayacağıq”, - Ş. Mustafayev bildirib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı