Avrozonada işgüzarlığın indeksi minimuma endi | Eurasia Diary - ednews.net

5 Mart, Cümə


Avrozonada işgüzarlığın indeksi minimuma endi

İqtisadiyyat A- A A+

Avrozonanın 19 ölkəsində sənaye və xidmət sahələrinin məcmu işgüzarlıq indeksi olan PMİ (Purchasing Manager’s İndex - satınalma idarəçiləri indeksi) dekabr ayındakı 49,1 bənddən yanvarda 47,5 bəndə enib.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, “Markit Economics” tədqiqat mərkəzinin verdiyi açıqlamaya görə bu rəqəm noyabr ayından bu yana ən aşağı göstəricidir. “Reuters” tərəfindən dindirilmiş ekspertlər isə 47,6 bənd gözləyirmişlər.

O cümlədən avrozonada sənayedəki PMİ dekabr ayında 55,2 bənd, yanvarda 54,7 bənd (54,5 bənd gözlənilirdi), xidmət sahəsində isə müvafiq olaraq 46,4 və 45 (44,5) bənddir.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada sənaye və xidmət sahələrinin məcmu PMİ-si dekabrdakı 52 bənddən yanvar ayında son 7 ayın minimumu olan 50,8 bəndə geriləyib (50,3 bənd gözlənilirmiş). O cümlədən xidmət sahəsində PMİ 47 bənddən 46,8 bəndə (45,3 bənd gözlənilirmiş), sənayedə də 58,3 bənddən 57 bəndə (57,5 bənd gözlənilirmiş).

Qeyd edək ki, PMİ-nin 50-dən artıq olması iqtisadi fəaliyyətlərin artmasını, 50-dən az olması isə zəifləməsini göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...