“Palmali”ya gözlənən zərbə Şirkət tam müflis ola bilər

İqtisadiyyat 16:54 18.05.2021

London Yüksək Məhkəməsinin azərbaycanlı biznesmen Mübariz Mənsimovun digər azərbaycanlı biznesmen-oliqarx Vahid Ələkbərovun şirkətinə qarşı qaldırdığı iddiada təzminat məbləğinin 15 dəfə azaldılması barədə qərarı “Palmali” şirkətində bərk məyusluq yaradıb. Eurasia Diary xəbər verir ki, bu haqda Türkiyə mənbələri yazır.

Xatırladaq ki, “Palmali” şirkəti 2018-ci ildə London Yüksək Məhkəməsində “Lukoil” şirkətinin törəməsi olan neft treyderi “Litasco” (İsveçrə) şirkətinə qarşı 1.9 milyard dollar təzminatın ödənilməsi barədə iddia qaldırıb. İddiada bildirilirdi ki, “Litasco” “Lukoil” şirkətinin Xəzər dənizində hasil etdiyi neftin daşınmasına dair “Palmali” ilə bağladığı müqaviləni pozub. Nəticədə “Palmali” böyük zərərə düşüb.

Bu günlərdə Britaniya mənbələri “Palmali” şirkətinin iddiasının ilkin məhkəmə baxışı ərəfəsində təzminatın məbləğinin 1.9 milyard dollardan 151 milyon dollara endirilməsi haqda xəbər vermişdi. Bildirilirdi ki, hakim iddiaçı tərəfə işin məhkəmə baxışından əvvəl təzminat məbləğini dəyişdirməyə icazə verib.

İndi “İstanbul Haber” bu məsələnin təfərrüatlarını çatdırır. Sayt yazır ki, hazırda FETÖ ittihamı ilə ev dustaqlığı çəkən Mübariz Mənsimovun qaldırdığı həmin iddiaya baxan hakim David Foxton “Palmali” şirkətinin “Litasco”ya qarşı iddia qaldırmaq haqqı olduğu qənaətinə gəlib. Yəni işi məhkəmə baxışına qəbul edib, amma təzminat məbləğinin hədsiz şişirdildiyini bildirib.

“Litasco” şirkətinin məhkəməyə təqdim etdiyi izahatda isə bildirilir ki, “Palmali” ildə 700 min ton neftin daşınmasına dair öhdəliklərini yerinə yetirib, amma üçüncü şəxslərdən kirayələdiyi tankerlərə görə pul ödəməkdə çətinlik çəkib. Şirkət bildirir ki, “Palmali Holding” -in 2015-ci ildən etibarən 3 il ərzində 1.9 milyard dollar zərərə düşdüyü barədə iddia əsassızdır, şişirdilib və dürüst addım deyil.

Hakim David Foxton “Palmali Holding”in “Litasco” əleyhinə irəli sürdüyü dəlillərin yetərsiz olduğu qənaətinə gələrək iddiaçıdan təzminat məbləğinin dəyişdirilməsini istəyib. Əks halda iddianın baxılmadan rədd ediləcəyini nəzərə çatdırıb.

Sayt yazır ki, Mübariz Mənsimov 500 milyon dolları keçən borclarını ödəmək üçün bütün ümidlərini bu işə bağlamışdı. O, borclu olduqlarına “Lukoil”dan 2 milyard dollar təzminat alaraq bütün borclarını bağlayacağı haqda vədlər veribmiş. İndi məhkəmənin tələb edilən təzminat məbləğinin 151 milyon dollara endirilməsi barədə qərarı “Palmali” şirkətində ciddi məyusluq yaradıb.

Üstəlik məlum olub ki, “Palmali” şirkətinin Rusiyadakı törəməsi “Palmali” MMC-nin 200 milyon dollar borclu olduğu “Sberbank” da London məhkəməsinin qərarını gözləyir. “Palmali” MMC “Sberbank”ın iddiası ilə müflis elan olunub və əmlakı satışa çıxarılıb. Lakin şirkətin əmlakı onun borclarının çox az hissəsini ödəməyə imkan verib. Ona görə də əgər London məhkəməsi həmin 151 milyon dollarlıq təzminat iddiasını təmin etsə belə pullar avtomatik olaraq “Sberbank”ın hesabına keçəcək. O da bildirilir ki, SOCAR da London Beynəlxalq Arbitraj Məhkəməsində “Palmali”yə qarşı 225 milyon dollarlıq təzminat iddiası qaldırıb. Yəni Mənsimov Ələkbərova qarşı iddianı qazansa belə bir qəpik də təzminat əldə edə bilməz.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı