Mikayıl Cabbarov İsrailli nazirlə görüşdü - FOTOLAR - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Mikayıl Cabbarov İsrailli nazirlə görüşdü - FOTOLAR

İqtisadiyyat A- A A+
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüşüb.
 
Bu barədə Ednews-a nazirlikdən bildirilib.
 
Məlumata görə, M.Cabbarov İsraillə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. O, Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərini ölkəmizin işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.
 
O.Forer isə ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini, İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
 
Tərəflər iqtisadiyyatın müxtəlif sferalarında, qida təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...