“Rəsmi olaraq inflyasiya 12,5 faiz açıqlansa da, bazarda qiymət artımı onu göstərir ki, bu rəqəm hələ də artacaq”.
Ednews xəbər verir ki, bu fikirləri “2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zaman millət vəkili Fazil Mustafa səsləndirib.
“Sahibkarlığın inkişafı üçün heç bir vəsait ayırmaq lazım deyil. Sadəcə olaraq maneələri aradan qaldırmaq kifayətdir. Əsas maneə isə inhisarçılıqdır. Bundan əlavə bank kreditlərinin azaldılması da sahibkarlığın inkişafı üçün vacibdir”, - deyə Fazil Mustafa əlavə edib.