“Azərkosmos” indiyədək 3 peykdən yarım milyard manat qazanıb - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

“Azərkosmos” indiyədək 3 peykdən yarım milyard manat qazanıb

İqtisadiyyat A- A A+
"Azərkosmos" kommersiya fəaliyyətinə başladığı 10 il ərzində "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.
 
Ednews xəbər verir ki, bunu report.az-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
 
S.Əsədov hesab edir ki, "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqdadır:
 
“Hazırda ölkəmiz "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya, "Azersky" müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yer tutur. Ümumiyyətlə, 10 il ərzində qlobal bazarda peyk xidmətlərinin dəyəri iqtisadi və geosiyasi fəaliyyətlə bağlı olaraq həm artmış, həm də müəyyən azalmalar olub. Bu dəyişikliklər fonunda "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqdadır.
 
Növbəti illərdə peyklərimizin resursları hesabına gəlirlərdə artım dinamikasının qorunub saxlanılması hədəflənib”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...