Azərbaycan ət idxalını ARTIRIB - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycan ət idxalını ARTIRIB

İqtisadiyyat A- A A+
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.
 
Ednews-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu həcmdə ətin dəyəri 11 milyon 992 min ABŞ dolları təşkil edib.
 
Həcm baxımından bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 137 ton (1,9 %) çoxdur, dəyər baxımından isə 139 min ABŞ dollar (1,1 %) azdır.
 
Xatırladaq ki, yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib, bir il əvvələ nisbətən ət istehsalı 2,8%, süd istehsalı 1,1% və yumurta istehsalı 16,1% artıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...