Çin ilin ilk üç ayında Yaponiyanı keçərək dünyanın ən böyük avtomobil ixracatçısı olduğunu bildirib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, ötən həftə açıqlanan rəsmi rəqəmlər göstərir ki, Çin 2022-ci ilin birinci rübü ilə müqayisədə 58% artımla 1,07 milyon avtomobil ixrac edib.
Eyni zamanda, Yaponiyanın avtomobil ixracı ötən illə müqayisədə 6% artaraq 954,185 ədəd təşkil edib.
Çinin ixracını elektrik avtomobillərinə tələbat və Rusiyaya satış artırıb.
Ötən il Çin Almaniyanı keçərək dünyanın ikinci ən böyük avtomobil ixracatçısı oldu.
Çin Baş Gömrük İdarəsinin məlumatına görə, Çin 2022-ci ildə Almaniyanın 2,6 milyon avtomobil ixrac etdiyi halda, 3,2 milyon avtomobil ixrac edib.
Sevinc Kamalova