2024-cü ilin icmal büdcəsinin 80%-i dayanıqlı inkişaf məqsədlərinə sərf ediləcək.
Ednews xəbər verir ki, bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası sədrinin müavini Mikayıl Cabbarov deyib.
O bildirib ki, DİM məqsədlərinə nail olmaq üçün qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb:
“Bu da ildə orta hesabla 70 min iş yeri deməkdir. Qarşımızda duran növbəti hədəf iş yerlərinin sayına deyil, həm də kefiyyətini artıran sahələrin inkişafına yönəlməkdir”.