2023-cü ildə Azərbaycanda 2614 kq qızıl, 3853,3 kq gümüş istehsal edilib.
Ednews bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2022-ci ilə nisbətən qızıl istehsalı 17,7%, gümüş istehsalı 50,5% azalıb.
Qeyd edək ki, ötən il Gədəbəydə keçirilmiş etiraz aksiyalarından sonra rayonda qızıl və gümüş istehsalı ilə məşğul olan şirkət fəaliyyətini dayandırmışdı. Ötən il Mis konsentratı istehsalı isə 15,8% düşərək 2122,6 ton təşkil edib.