2024-cü ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artaraq 5 milyard 618,8 milyon manat və ya hər nəfərə orta hesabla 531,0 manat olub.
Dövlət Statistika Komitəsindən Ednews-a bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 4 milyard 833,0 milyon manat təşkil edib.