Avropada uzun sürən kəndli yürüyüşlərindən sonra ölkələr iqtisadi gərginlik yaşamaqdadır.
Ednews Reuters-ə istinadən xəbər verir ki, üsyanlar artıq dövlətlərin verdiyi siyasi qərarlara da təsir edir. Polşa və Portuqaliya kimi ölkələrdə siyasi partiyalar bundan öz xeyirlərinə istifadə edirlər. Avropa Paramenti fermerlərin iş yerlərinə qayıtması üçün yeni addımlar atacağı haqqında qanun qəbul edib.
Ekspertlər üsyanların verdiyi iqtisadi təsirdən yanaşı siyasi nəticələrinin də olacağını bildiriblər. Bundan sonra Avropada artan ərzaq qiymətləri siyasi partiyaların gündəm mövzusuna çevriləcək.
Avropada baş verəcək seçkilərə ciddi dərəcədə təsir edəcək fermer üsyanı insanların partiyalara səs verərkən ən əsas diqqət ayırdıqları məsələ olub.
Buna görə də, Avropa Parlamenti fermer üsyanlarının partiyalar tərəfindən istifadə edilməsinə qarşı qərar qəbul edilib.
Fərid