Beynəlxalq Energetika Agentliyinin sədri Fatih Birol bu il Azərbaycanda keçiriləcək COP29 haqqında danışıb.
Ednews Türkiyə mediasına istinadən xəbər verir ki, Birol dünyada finansal proseslərin Yaşıl Enerjiyə necə keçid edəcəyi haqqında danışıb. O, bildirib ki, Azərbaycanda keçiriləcək bu tədbirin bütün dünya dövlətlərinin iqtisadiyyatının yeni modelə keçməsinə şərait yaradacağını deyib.
Qeyd edək ki, bu sahədə Çinin payı olduqca böyükdür. Beləki, Çinin təmiz enerjiyə qoyduğu investisiya 260 milyarddan 1.6 trilyon dollar çatıb.
Fərid