Almaniyada yerləşən VNG şirkəti SOCAR-ın hasil etdiyi qazı gələcəkdə satmağa ümid edir.
Ednews xəbər verir ki, bunu VNG Handel & Vertrieb GmbH-nin icraçı direktoru Konstantin fon Oldenburq Bakı Enerji Forumu çərçivəsində “Qaz dialoqu: enerji böhranı zamanı qaz təchizatının rolu” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
“Biz təqribən 15-18 milyard kubmetr həcmində satılan qazın idxalı və topdansatış ticarəti üzrə ixtisaslaşmışıq. Mən qaz balansını yox, Almaniyada və qonşu ölkələrdə qaz satışını nəzərdə tuturam. Əvvəllər Almaniya Rusiya və Norveçdən qaz idxal edirdi”, - Oldenburq bildirib.
“Bu ildən başlayaraq biz Əlcəzair qazının idxalına başlamışıq və gələcəkdə SOCAR-ın hasil etdiyi qazı da daxil etməklə portfelimizi genişləndirmək planlarımız var”.
Əkbər Novruz