Küveytdə yeni neft quyusu tapılıb.
Ednews xəbər verir ki, bu barədə Küveytin “Əl-Rai” qəzeti məlumat yayıb.
Məlumata əsasən Küveytin dövlət Neft Şirkəti Küveyt ərazisində aşkar edilən yüksək keyfiyyətli neft və qaz ehtiyatlarının 3,2 milyard barel neft olduğunu bildirib.
Digər tərəfdən Küveytin maliyyə nazirliyi bildirib ki, ölkədə ümumi daxili məhsuldan gözlənilən qeyri-neft gəlirləri 4% təşkil edir və bunu 2030-cu ildə 10% qədər qaldırmağı hədəfləyir.
Loğman