"Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Forumda Azərbaycan Prezidentinin iştirakı Azərbaycanda həyata keçirilən islahatların və eləcə də daha geniş auditoriyaya ölkəmizin strateji baxışlarının təqdimatı baxımından da çox əhəmiyyətlidir. Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir".
"EDnyus" xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.
Onun sözlərinə görə, Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur: