Trampın qərarı bazarlara "qorxu saldı", qızıl isə tarixi rekord qırdı

İqtisadiyyat 13:42 03.04.2025

Aprelin 3-də qlobal bazarlarda səhmlər ucuzlaşdı, investorlar isə diqqətlərini istiqrazlara, qızıla və yapon yeninə yönəltdilər. Onlar ABŞ prezidenti Donald Trampın yeni tariflərinin ticarət müharibəsini daha da qızışdıracağından və dünya iqtisadiyyatını tənəzzülə sürükləyəcəyindən ehtiyat edirlər.  

“EDnews” xəbər verir ki,Trampın yeni tarifləri tətbiq etməsi nəticəsində dolların məzənnəsi altı ayın minimumuna düşüb, ABŞ dövlət istiqrazlarının gəlirliliyi isə azalıb.
 
Bu tariflər idxal vergilərini son yüz ilin ən yüksək səviyyəsinə çatdırıb.  

Nasdaq indeksinin fyuçersləri 3,2% aşağı düşüb, Avropa birjalarının fyuçersləri isə təxminən 2% dəyər itirib. Tokioda Nikkei indeksi 3% azalaraq səkkiz ayın minimumuna enib və Asiya bazarlarında böyük itkilərə səbəb olub.  

Apple-ın bazar kapitallaşması 240 milyard dollardan çox azalıb, səhmləri isə birjadankənar ticarətdə 7% ucuzlaşıb. Nvidia-nın bazar dəyəri 5,6% və ya 153 milyard dollar azalıb.  

ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 15 baza bəndindən çox azalaraq 4,04%-ə düşüb. İnvestorlar Trampın yeni tariflərinin inflyasiyanı artırmasına baxmayaraq, faiz dərəcələrinin azaldılması ehtimalını yüksəldiblər.  

"Tariflər ABŞ iqtisadiyyatına, qiymətlərə və təchizat zəncirinə təsir edəcək, – deyə J.P. Morgan Asset Management-in Asiya-Sakit Okean regionu üzrə baş strateqi Tay Hui bildirib. - Bundan əlavə, biznes və istehlakçılar arasında qeyri-müəyyənlik yaranacaq ki, bu da iqtisadi artım üçün ciddi problem ola bilər".  

Fitch Ratings-in məlumatına görə, Trampın hakimiyyəti dövründə ABŞ-da idxal vergilərinin effektiv dərəcəsi 2024-cü ildəki 2,5%-dən 22%-ə yüksəlib. Bu, təxminən 1910-cu ildən bəri müşahidə olunan ən yüksək səviyyədir.  

Çinin və Avropanın cavab tədbirləri gözlənildiyi üçün investorlar "sabit limanlara" yönəliblər.  

Neftin qiyməti 2%-dən çox enib və Brent markalı neftin fyuçersləri bir barel üçün 73,28 dollara düşüb. Avro 0,6% bahalaşaraq 1,0912 dollara çatıb.  

Qızılın bir unsiyasının qiyməti 3160 dolları keçərək tarixi rekorda imza atıb. Yapon yeni isə dollara nisbətdə 1%-dən çox bahalaşaraq 147,29 səviyyəsinə yüksəlib. Bu, investorların dollardan kənar daha etibarlı aktivlərə yönəldiyini göstərir.  

Çin hələlik milli valyutasını sabit saxlamağa çalışır. Tariflərə baxmayaraq, yuanın məzənnəsi cəmi 0,4% ucuzlaşıb. Pekinin iqtisadiyyata müdaxilə edəcəyi ehtimalı Honq Konq birjasında itkiləri 1,5%-lə, Şanxayda isə 0,5%-lə məhdudlaşdırıb.  

Trampın ticarət müharibəsi – son yeniliklər  

Donald Tramp 10%-lik baza tariflərinin tətbiqini elan edib, bəzi ticarət tərəfdaşlarına isə daha yüksək tariflər müəyyənləşdirib. Çin 34%, Yaponiya 24%, Vyetnam 46%, Cənubi Koreya 25%, Avropa İttifaqı isə 20%-lik idxal vergisinə məruz qalıb.  

Bundan əlavə, Tramp ölkədə fövqəladə vəziyyət elan edərək, suverenliyin qorunmasını və milli-iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsini əsas gətirib.  

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ-ın sərt tariflərinə qarşı Avropanın adekvat cavab verməyə hazır olduğunu bəyan edib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı