Bbank olmayan kredit təşkilatı Avrasiya-Kredit MMC-nin 2024-cü maliyyə ilinin nəticələri kənar audit yoxlaması zamanı qənaətbəxş hesab olunub.
EDnews xəbər verir ki, il ərzində təşkilatın illər üzrə kumilyativ mənfəəti 873.385 AZN olmuş, 174.677 AZN məbləğ mənfəət vergisi xərc maddəsi üzrə sərf edilib.
Təşkilatın 2024-cü il üzrə əmək haqqı xərcləri 388.288 AZN, DSMF ayırmaları 73.550 AZN, mühafizə, peşəkar xidmətlər, sığorta, rabitə, nəqliyyat xərcləri və s. olub.
Ümumilikdə təşkilat bu il də müharibədən zərərçəkmiş ərazilərdə fəaliyyətini uğurla davam etdirmiş, mikrokreditlər vasitəsi ilə əhalinin təsərrüfat sahələrinin inkişafına və ən zəruri istehlak ehtiyaclarının qarşılanmasına dəstək göstərmişdir. BOKT bu vaxtadək xarici valyutada mikrokreditlər təqdim etməmişdir. BOKT-nin Tərtər Füzuli və Beyləqan rayonlarında filialları fəaliyyət göstərir.
BOKT Avrasiya-Kredit MMC-nin 2024-cü maliyyə ilinə dair hesabatını təqdim edirik: