Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbulun ilkin mərhələsinin nəticələri elan olunub.
“EDnews ” xəbər verir ki,3542 nəfərin iştirak etdiyi qeydiyyat prosesində müsabiqə şərtlərinə cavab verən 2037 namizəd test imtahanında iştirak şansı qazanıb.
İmtahan mayın 17-si saat 11:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda həyata keçiriləcək. Test imtahanında namizədlərə məntiq, dünyagörüşü, informasiya texnologiyaları, davranış səriştələrinin yoxlanılması üçün situasiya tipli mövzuları əhatə edən 60 sual təqdim olunacaq. İlkin mərhələdə seçdiyi sahəyə əsasən keçid balını toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Fatimə Mərdanlı //EDnews