Ermənistanın Azərbaycana verdiyi mina xəritələri niyə dəqiq deyil? - BMT təmsilçisi məsələyə münasibət bildirdi

Xarici siyasət 03:27 29.01.2025

Ermənistan ötən illər ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan mina sahələrinə dair 972 xəritəni təhvil verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Azərbaycan Mina Təmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri isə qeyd edirlər ki, xəritələr qeyri-dəqiq, etibarsız və natamamdır. Məsələn, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi cəmi 25 % təşkil edib.

Bəs xəritələr hansı səbəblərdən natamamdır? Ermənistan xəritələrə dair dolğun məlumatları Azərbaycana verməkdən imtina edir, yoxsa problemin kökündə başqa səbəblər var?

"EDnyus" xəbər verir ki, “Report”un ABŞ bürosu bu sualları BMT-nin hazırda dünyanın 19 ölkəsində minatəmizləmə fəaliyyətlərinə birbaşa dəstək və yardım göstərən Minalardan Təmizləmə Xidmətinin (UNMAS) İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi Li Vudyeara (Lee Woodyear) ünvanlayıb.

BMT rəsmisi bildirib ki, post-müharibə dövründə UNMAS Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan mina sahələrinə dair xəritələrin Ermənistandan alınıb Azərbaycana verilməsində aparılan danışıqlarda xüsusi rolu olub. O, qeyd edib ki, UNMAS münaqişədən sonra minalanmış ərazilərdə qiymətləndirmə apararaq, BMT-nin İnkişaf Proqramının (BMTİP) vasitəsilə Azərbaycan hökumətinin minalarla mübarizə səylərinə dəstək verməsini tövsiyə edib və həmin vaxt mina xəritələrinin Ermənistan tərəfindən alınması üçün onlarla əlaqə yaradıb: “Təəssüf ki, həmin müzakirənin faktiki təfərrüatları məndə yoxdur. Yadımdadır, sülh planı olanda bu barədə müzakirələr gedirdi. Sonra bununla bağlı konkret addımlar atıldı. Daha sonra UNMAS bölgədən çəkildi və BMTİP-nin proqramı fəaliyyətə başladı. Həmin proses zamanı müzakirələri eşitmişəm, amma həqiqətən də xəritələrin qeyri-dəqiq, etibarsız və natamam olduğuna dair məlumatım yoxdur”.

 Li Vudyear Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə səylərini ləngidən xəritələrin hansı səbəblərdən qeyri-dəqiq olmasına dair fikir və düşüncələrini paylaşıb. O bildirib ki, UNMAS-ın dünyanın müxtəlif yerlərində münaqişələrdən sonra əldə etdiyi mina xəritələri ilə bağlı eyni narazılıqlar mövcuddur: “Minatəmizləmə səyləri xəritələr tələb edir. Minaları hərbçilər həmin ərazilərə yerləşdirirlər və bu mütləqdir ki, onların minaları harada yerləşdirdiyini müəyyən etmək üçün xəritələr hazırlansın. Bunu müxtəlif hərbi səbəblərə görə edirlər, ancaq əsas səbəb odur ki, döyüş əməliyyatları bitəndə, geri dönəndə minaların harada olmasına əmin olmaq istəyirlər. Buna görə də xəritələr mütləqdir.

Azərbaycanın iddia etdiyi xəritələrin dəqiqliyi ilə bağlı məsələyə gəlincə, şübhəsiz ki, həmin xəritələrin qeyri-dəqiq olması mümkündür. Müharibə şəraitində olmuş ərazidə, döyüşlərin içində, stresli şəraitdə bir tərəfdən mina basdırmaq, digər tərəfdən xəritəni düzəltmək məsələni bir qədər çətinləşdirir. Stress altında, təhlükəli partlayıcını torpağa yerləşdirən bir əsgərdən nə qədər dəqiqlik gözləmək olar və bu təbii haldır ki, onu yerini qeyd etmək o qədər də asan məsələ deyil. Bundan başqa, bəzi ehtimallar ola bilər. Məsələn: ekoloji səbəblər - yağış, sel suları, daşqınlar, başqa təbiət hadisələri, güçlü küləklər və buna bənzər təbii fəlakətlər torpaqda minaları hərəkət etdirə bilər.

 Biz tez-tez dünyanın müxtəlif ərazilərdə daşqından sonra görürük ki, həmin ərazilərdə basdırılan minaların yerini müəyyən etmək üçün xəritənin olub-olmamasının əhəmiyyəti qalmır. Başqa məsələ insan faktorudur; müharibəni uduzmuş tərəfin digər tərəfə onun ərazilərində basdırdığı mina xəritələrinə hər hansı müdaxilənin olub-olmadığını heç kim bilə bilməz.

Təcrübəmə əsasən deyə bilərəm ki, bütün hallarda insan faktoru bu xəritələrin dəqiqliyini birbaşa formalaşdırır. Həmişə ümid edirik ki, xəritələr 100 % tam dəqiqdirlər və qorunurlar, çünki bizim marağımız mümkün olan ən az itki, eyni zamanda ən səmərəli şəkildə minanı oradan çıxarmaqdır. İndi basdırılan yeni minalarda GPS var ki, siz asanlıqla onun harada yerləşdiyinə dair dəqiq məlumata sahib olursunuz”.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
16:27 19.06.2025
Yeni Papanın məşhur qohumları üzə çıxdı Madonna,Anjelina Coli,Castin Biber...
15:45 19.06.2025
BQXK hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
15:21 19.06.2025
Paşinyan Aİİ sammitinə getməyəcək
15:02 19.06.2025
Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur
14:15 19.06.2025
Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
Hamısı