Bakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək

Xarici siyasət 10:45 25.04.2025

Mayın 13-15-də Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dəstəyi ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu (AEF) keçiriləcək.

“EDnews” xəbər verir ki ,  AEF qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalardan biridir, Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi məqsədi daşıyacaq, Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi baxımından önəmli addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından yüksək əhəmiyyət daşıyır.

Forumun əsas mövzusunu aviasiya sektorunun karbonsuzlaşdırılması, dayanıqlı yanacaq növlərinin tətbiqi və enerji transformasiyası prosesində aviaşirkətlərin rolu təşkil edəcək. Tədbir zamanı təyyarə yanacağının kommersiya və texniki aspektləri, yanacaq tədarükü zəncirinin çətinlikləri, aviasiya sənayesinin vəziyyəti haqqında hesabatlar və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, AEF çərçivəsində Azərbaycanın yaşıl iqtisadiyyat strategiyası, tranzit və logistika imkanları, eləcə də enerji diplomatiyası kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində olacaq.

Tədbirdə 60-a yaxın ölkənin və 65-dan çox aviaşirkətin nümayəndələri, ümumilikdə 700-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.

Beləliklə, Forumda IATA üzvü olan aviaşirkətlərin nümayəndələri, o cümlədən yanacaq alqı-satqısı menecerləri və dayanıqlı inkişaf üzrə ekspertlər, IATA-nın Strateji Tərəfdaşları, yeni və ənənəvi yanacaq təchizatçıları, yanacaq xidmətləri təminatçıları və yanacaq sektorunun rəhbərləri də iştirak edəcək. Qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.

AEF çərçivəsində iştirakçılar aviasiya və enerji sahəsində panel müzakirələrində, kommersiya və texniki sessiyalarda iştirak edəcək, sərgi iştirakçıları və sponsorlarla görüşəcək, bilik və təcrübə mübadiləsi apararaq yeni əməkdaşlıq imkanları əldə edəcəklər.

Fatimə Mərdanlı //EDnews 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
Hamısı