Azərbaycan və Ukrayna arasında səmərəli dialoq mühiti mövcuddur. Bu yaxınlarda Azərbaycana səfərim zamanı bir sıra dövlət qurumlarında keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafını və birgə layihələri müzakirə etmişik.
“EDnews” xəbər verir ki , Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko bildirib.
“Biz Azərbaycanın yardımlarını yüksək qiymətləndiririk. Xüsusilə, Azərbaycan Ukraynanın enerji obyektlərinin bərpasında, uşaqların reabilitasiyasında yaxından iştirak edir. Biz bilirik ki, bütün bunlar şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında həyata keçirilir”, - deyə nazir müavini vurğulayıb.
O bildirib ki, rəsmi Kiyev Prezident İlham Əliyevin Azərbaycanla Ukraynanın strateji tərəfdaş olmasına verdiyi qiyməti yüksək dəyərləndirir. “Azərbaycanın çətin dövrlərində Ukrayna öz dəstəyini göstərib. Bu gün də Ukraynanın müharibə dönəmində Azərbaycan öz dəstəyini əsirgəmir. Əsl strateji tərəfdaş ölkələr belə də olmalıdır. Biz Azərbaycana təşəkkür edirik və gələcək əməkdaşlığın inkişafına inanırıq. Bizim birgə layihələrimiz olacaq. Ukrayna ərazi bütövlüyünü bərpa etdikdən sonra ərazilərimizin bərpasında Azərbaycanla birgə layihələr həyata keçirəcəyik”, - deyə Oleksandr Mişenko əlavə edib.
Fatimə Mərdanlı //EDnews