Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhün bərqərar olunması üçün göstərdiyi səyləri xüsusilə yüksək qiymətləndirdiyini və tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıb.
“EDnews” xəbər verir ki, Müstəqillik günü ilə bağlı təbrik məktubunda Almaniya prezidenti deyib:
"Mən ikitərəfli əlaqələrimizin genişləndirilməsində çox maraqlıyam. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Çoxsaylı silahlı münaqişələr və yeni gərginliklər qarşısında biz birlikdə ciddi çağırışlarla üzləşirik. Buna görə də mən Sizin regionda sülhün bərqərar olunması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirir və Sizə tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıram".