Sabahdan qüvvəyə minən "Buster" doza EFFEKTİ 3-cü dozanı NİYƏ VURDURAQ? - SƏBƏBLƏR

Sağlamlıq 14:11 14.02.2022

Fevralın 15-dən 3-cü, yəni "buster" doza peyvənd vurdurmayan şəxslər restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanlara buraxılmayacaqlar. Qadağa toyların aktiv keçirildiyi bir vaxtda qüvvəyə mindiyi üçün bəzi insanlar tərəfindən narazılıqla qarşılanıb. Onların fikrincə, iki doza edilən vaksinasiya yetərli ola bilərdi, 3-cü haradan çıxdı?

Həqiqətənmi 3-cü, “buster” dozaya ehtiyac var?

Millət vəkili Razi Nurullayevin sözlərinə görə, “buster” doza tələbi təkcə Azərbaycanın deyil və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qoyulub. Ona görə də biz də bir millət olaraq, verilən qərarlara əməl etməliyik.

“Bu qayda birmənalı olaraq, bütün dünyada tətbiq olunub. Bu gün Azərbaycan vətəndaşı “buster” doza vurdurmayıbsa onu xaricə də buraxmırlar. Bütün dünya alimlərinin mövqeyinə görə, ən yaxşı qorunma üsulu peyvəndlənmədir. Heç kim “buster” dozadan ölməyib, amma xəstəlikdən ölənlər var”.

Millət vəkili özü bu əmələ tabe olaraq, 3-cü doza vaksinasiya olduğunu deyib. Söhbət zamanı o, həmçinin o vurğulayıb ki, peyvənddən sonra bir müddət xəstə yatıb.

“Ona görə, düşünürəm ki, tezliklə qrip əleyhinə də peyvənd elətdirim. Bütün dünyada insanlar ildə bir dəfə, sentyabr-oktyabr aylarında qrip əleyhinə vaksin vurdururlar.  Bu vətəndaşların sağlamlığının qorunması üçündür və dövlət tərəfindən pulsuz təmin olunursa, peyvəndlənməyə getmək lazımdır. O qədər insan var ki, xəstəxanaya yerləşdirilməlidir. Həmin insanların çoxu “buster” dozanı vurdurmayıb. Heç “103” də onlara köməyə gəlmir, evdə pis vəziyyətdə qalırlar. Bir çoxunun da pulu yoxdur ki, müalicə eləsin. O baxımdan dirəniş göstərmək lazım deyil. Ona görə “Buster”i deputatat da,  sadə vətəndaş da, hamı vurdurmalıdır”.

Razi Nurullayevin də qeyd etdiyi kimi 3-cü dozanı vurduranların çoxu bildirir ki, vaksinasiyadan sonra bir müddət xəstə yatıblar. Xəstəlik üşütmə, boğaz ağrısı və qızdırma ilə müşahidə olunub.

Bəs, insanlar niyə xəstələnir?

Vaksinasiyanın əks göstəriciləri və onun yaratdığı əlamətlər barəsində həkim infeksionist, terapevt, pulmonoloq Rasif Bağırovla söhbətləşdik. O, Ednews-a açıqlaması zamanı "buster" dozası ilə bağlı bir neçə maraqlı faktları qeyd edib.

“İlk onu qeyd edim ki, 1-ci və 2-ci doza arasında qısa zaman olduğu üçün insanlar orqanizmlərində baş verən prosedurları çox hiss etmirlər. Çünki 1-ci dozanı vurdurduqda orqanizmdə kifayət qədər antitel yaranır və  2-ci vaksinasiyada bu, hiss olunmur. "Buster" – gücləndirilmiş  doza isə digərlərindən fərqli olaraq, uzun müddətdən sonra vurulduğu üçün insan orqanizmində müdafiə faktorlarında kifayət qədər azalma gedir”.

Həkim qeyd edib ki, bu proses tam sağlam olan insanlarda cüzi hiss olunduğu halda, yaşlı və xroniki xəstəliyi olanlarda bir qədər fərqli olur. Onun sözlərinə görə, bu zaman yuxarı tənəffüs yollarında, ürəkdə və s. problemi olan xəstələrdə “buster” doza güclü temperatur, halsızlıq, digər müxtəlif əlamətlərlə müşahidə olunur.

"Çünki buster orqanizmdə bir az gərginlik yaradır. Orqanizmin bioaktivliyini artırır, müəyyən iltihab mediatorlarının uclarını qaldırır və xroniki xəstəliklər oyanmağa başlayır. Yuxarı tənəffüs yollarında sakit vəziyyətdə qalmış viruslar gücünü artırır, fəaliyyətini işə qoşur və insan adi qrip kimi bir virusa yoluxur".

Rasif Bağırov əminliklə bildirib ki, "buster"dən sonra yeni dozaya ehtiyac qalmayacaq.

“Buster gücləndirilmiş dozadır. Yeni dozanın olub-olmayacağını dəqiq bilmək üçün kifayət qədər çox tədqiqat aparılmayıb. Ancaq konkret olaraq Avropada hələ ki, 3-cü dozadan başqa yeni doza haqda bir şey demirlər”.

Gülnar Səlimova

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Hamısı