Yeni elmi araşdırmalara görə yoluxucu “qrip” Covid 19-un mülayim təkamül formasıdır.
Ednews xəbər verir ki, pandemiya irəlilədikcə, ekspert qrupları SARS-CoV-2-nin daha çox “qripə bənzər” bir xəstəliyə təkamül etdiyini aşkar ediblər. Alimlər bunu əhali arasında təbliğ etməyi də tövsiyyə edir. Bu virus əvvəlkindən mülayim və fərqli olaraq, daha az sayda can almaqla, virusun başqalarına ötürülmə şansını artırır.
Qlazqo Virus Tədqiqatları Mərkəzinin “MRC-Universiteti”nin yoluxucu xəstəliklər üzrə professoru Emma Tomsonun qeyd etdiyinə görə, tibb fakültəsində virusların mülayimləşdiyi öyrənilsə də, bu onlara tutarlı bir fakt verə bilmir. Çünki onun fikrincə təcrübələrdə onlar heç vaxt SARS-CoV-2 kimi virusun təkamül prosesini geniş miqyasda və viral genomun həyata keçirilməsində bu qədər ardıcıllıqla izləməyiblər.
“Bu günki təcrübəmizdə virusların təkamül yolu ilə həqiqi heterojenliyin olduğunu göstərmək üçün artıq əlimizdə sübutlarımız olacaq”, – deyə professor vurğulayıb.
Beləliklə, Covid-19 xəstəliyinin daşıyıcısı kimi bir çoxlarının ona bənzər öldürücü qrip virusunu da daxilində daşıması və onunla birgə yaşaması kimi bir həyat tərzi meydana gəlir.
Virusoloqlar qrip formasında yoluxan virusun həfəf nöqtəsi barədə danışarkən əlavə edib ki, həm SARS-CoV-2, həm də qrip virusu tənəffüs epitelini hədəf alır, buna görə də onların yoluxdurduğu hədəf hüceyrələr olduqca oxşardır.
Elnur Ənvəroğlu