Deputatın təklifinə HƏKİMLƏRDƏN TƏZADLI CAVAB

Sağlamlıq 16:30 11.04.2023

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin plenar iclası keçirilib. İclasda millət vəkili Tahir Kərimli əhalinin aztəminatlı təbəqəsi üçün ucuz apteklər açılması təklifi ilə çıxış edib.

Bununla bağlı Ednews-a danışan həkim-radioloq Aydın Əliyev güzəştli qiymətlərlə aptek şəbəkələrinin yaradılmasına ehtiyac olduğunu bildirib:

“Dövlət tərəfindən qeydiyyata alınan aztəminatlı şəxslər və ailələr, əhalinin xüsusi sosial təbəqələri – təqaüdçülər, tələbələr - var ki, tibbi xərclərini qarşılaya bilmirlər. Onlar üçün ucuz apteklərin yaradılmasına ehtiyac var. Düzdür, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfinə daxil olan bəzi müalicə xərclərini və dərman preparatlarını qarşılayır, lakin bu, kifayət deyil. İmkansız şəxslər üçün dərmanların əlçatanlığını təmin etmək çox yaxşı olardı. Keyfiyyətə gəldikdə isə, ümumiyyətlə, bu, ölkədə problemli məsələdir, keyfiyyətli dərman almaq müşkülə çevrilib. Buna idxal zamanı nəzarət etmək lazımdır. Ölkəyə gətirilən dərman preparatlarının keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır. Buna nəzarət edən qurum var, lakin onun fəaliyyəti yetərli deyil. Belə olsaydı, aptekdən alıb istifadə etdiyimiz iynə-dərmanın təsirini daha çox hiss edərdik. Xəstələr bundan çox şikayət edirlər, həkimin də reputasiyası aşağı düşür. Həkim dərman yazır, xəstə onu qəbul edir, amma yetəri qədər effekt ala bilmir. Sonra da düşünürlər ki, həkim yaxşı deyil, yaxşı müalicə yazmadı və s. Dərman məsələsi ümumiyyətlə, strateji məsələdir. Həm idxalına, həm qiymətinə, həm də keyfiyyətinə ciddi dövlət nəzarəti olmalıdır. Dərmanların keyfiyyətinə depolarda saxlanılma şəraiti də təsir edir. Elə preparatlar var ki, saxlanma qaydalarına əməl etmədikdə keyfiyyətini itirir”. 

Səhiyyə üzrə ekspert, həkim Adil Qeybulla isə əksini düşünür. Onun sözlərinə görə, apteklər dərmanların satışını həyata keçirən tibbi subyektlərdir, onların qiymətlərinə müdaxilə etmək düzgün deyil:

“Apteklərdə qiymətlər bazar rəqabətinə əsasən tənzimlənməlidir. Digər tərəfdən də, apteklərin birini ucuz, birini baha etmək mümkün deyil. Müəyyən vacib dərman preparatları konkret İcbari Tibbi Sığorta paketinə aiddirsə, onların ambulator təyini də xidmətlər zərfi çərçivəsində həyata keçirilməlidir. Əslində, aptekdə dərman satışı olmamalıdır, bunlar hamısı İcbari Tibbi Sığorta ilə baş verməlidir. Dünyanın hər yerində bu proses belədir. Hesab edirəm ki, digər variantlar özünü doğrultmayacaq".  

Törə Zeynal 

 

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Hamısı