Oğuzda fermerə məxsus cücə fermasında yanğın baş verib. Hadisə rayonun Padar kəndi ərazisində fermer təsərrüfatında qeydə alınıb.
“EDnews” xəbər verir ki , kənd sakini Müşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğın nəticəsində fermanın 250 kvadratmetr dam örtüyü və cücə yetişdirmək üçün istifadə olunan 1 ədəd inkubator avadanlığı yanıb. Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğının digər tikililərə keçməsinin qarşısı alınaraq söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Fatimə Mərdanlı // EDnews